Siyasət

"Sülhə töhfə üçün azərbaycanlı qardaşlarımızla gecə-gündüz çalışırıq"" - Akar

29 Yanvar 2023 20:29
Baxış: 762

"Azərbaycanlı qardaşlarımızla birgə regional və qlobal sülhə töhfə vermək üçün gecə-gündüz çalışmaqda davam edirik".

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

"Sərhədlərimizin qorunması və terrorla mübarizənin reallaşması üçün dünyanın 19 fərqli yerində minlərlə əsgərimizlə regional və dünya sülhünə töhfə vermək üçün gecə-gündüz işimizi davam etdiririk. Yeganə hədəfimiz terrorçulardır", - Akar bildirib.

Nazir qeyd edib ki, son terrorçu zərərsizləşdirilənə qədər mübarizə davam edəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.