Üçüncü intifada başlayır - İsrailə ŞOK XƏBƏRDARLIQ
İsraildə yeni il ərəfəsi ərəfəsində artan gərginlik ölkə tarixində ən sağçı hökumətin qurulmasından sonra zorakılıq spiralına çevrilib.
Milli.Az muselman.az-a istinadən bildirir ki, üç gün əvvəl İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilindəki Cenin Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücum nəticəsində 9 fələstinlinin həyatını itirməsi gərginliyi artırıb. Ötən gün isə Şərqi Qüdsdə yəhudi yaşayış məntəqəsindəki sinaqoqun ətrafında baş verən silahlı hücumda ən azı 7 nəfər həlak olub.
İsrailin "Yediot Ahronot" qəzetinin analitiki Ron Ben-Yişai sinaqoq ətrafında baş verən hücumun Cenin əməliyyatına cavab olduğunu bəyan edib. Fələstinlilərin yaşadığı bölgələrdə artan hərbi əməliyyatları tənqid edən israilli jurnalist repressiyaların davam etdirilməsinin yeganə nəticəsinin yeni intifadaya (intifada - fələstinlilərin İsrail işğalina qarşı başlatdığı müqavimətin adı - red.) zəmin hazırlamaq olacağı barədə xəbərdarlıq edib.
İsrailliləri hədəf alan hücumlar dünən də davam edib. Şərqi Qüdsdə silahlı hücum nəticəsində iki nəfər yaralanıb. Atışma nəticəsində yaxalanan hücumçunun 13 yaşlı fələstinli olduğu açıqlanıb. Qüdsdə İsrail təhlükəsizlik qüvvələri ilə fələstinlilər arasında gərginliyin davam etdiyi bir vaxtda İsrail polisi HƏMAS tərəfindən Qəzza zolağından atılan raketin təsadüfən fələstinli bir ailənin evinə düşdüyünü bildirib.
Qeyd edək ki, fələstinlilərin İsrailə qarşı qiyamı olan intifadanın birincisi 1987-ci ildə başlayıb və 1993-cü il Oslo razılaşmasına qədər davam edib. İkinci intifada isə İsrailin o zamankı baş naziri Ariel Şaronun İsrail əsgərlərinin himayəsi altında Məscidül-Əqsanın həyətinə girməsi ilə başlayıb və 6 il davam edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
XİN ABŞ-ni təbrik edib
-
Azərbaycan nümayəndə heyəti Xameneinin vida mərasimində iştirak edib (Foto)
-
Ermənistan vətəndaşlarının vəsatətlərinə baxılıb (Foto)
-
Prezident İlham Əliyevə ictimai etimadın əsasları: Azərbaycanın inkişaf modelinə baxış
-
Gümrü maskaları yırtdı: Ermənilər hələ də nifrətdə qıvrılır
-
Tramp Maskdan danışdı: "Ona məktub yazdım"
XƏBƏR LENTİ
-
XİN ABŞ-ni təbrik edib
-
DÇ-2026: Argentina və Kolumbiya 1/8 finalda
-
Piyadalar üçün nəzərdə tutulan pilləkən sürücülərə problem yaradır (Video)
-
Makiyajın effekti: Əsas məhsullar və onların rolu
-
Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
-
42 yaşlı azərbaycanlı aparıcı gözəlliyi ilə heyran etdi - (Video)
-
Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır
-
Qorxulu yuxular görməyin səbəbləri
-
Xiyarın möcüzəvi faydaları
-
Özbəkistanda ər arvadına qızıldan unitaz hədiyyə etdi - (Video)
-
Dünya çempionatı tarixinin 23 nəfərlik heyəti açıqlanıb
-
Biləcəridə avtobus dayanacağının zəbt olunduğu iddia edilir (Video)
-
Sevil-Sevincin qardaşının ailəsi ilə fotoları maraq yaratdı - FOTOlar
-
Misir 1/8 finalda - DÇ-2026
-
İntuitiv qidalanma nədir? İntuitiv qidalanma necə tətbiq olunur?
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səmimi olun.
-
Ömrü qısaldan qidalar - Həkimlər uzaq durmağı tövsiyə etmir
-
Mətanət: "Gecə 12-nin yarısı oğlumun xəbəri yoxdur ki, evə gəlmişəm"
-
Zaqataladakı qəzada xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib
-
Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"
-
Ronaldonun yeni məşqçisi bəlli oldu
-
"Qalatasaray" Premyer Liqanın ulduzunu heyətə qatmağa yaxındır (Foto)
-
Anar Bayramov Şahin Hüseynovu yüksək vəzifəyə təyin etdi
-
Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod testi





