Ölkə

Piyadalar üçün nəzərdə tutulan pilləkən sürücülərə problem yaradır (Video)

4 İyul 2026 08:41
Baxış: 353
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda piyadalar üçün nəzərdə tutulan pilləkən bəzi sürücülərə gözlənilməz maneə yaradır. Nəticədə avtomobillər pilləkəndən aşağı düşərək qəzaya uğrayır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sürücülər üçün təhlükə mənbəyinə çevrilən ərazi paytaxtın Yasamal rayonu, Kamal Rəhimov küçəsindədir.

Çoxbərtəbəli binanın qarşısındakı yolun sonunda piyadalar üçün pilləkən var. Sakinlər deyirlər ki, ay ərzində ən azı 5-10 avtomobil sürücüsü həmin pilləkəni görməyib hərəkətlərini davam etdirirlər ki, nəticədə aşağı düşürlər.

Sakinlər onu da əlavə etdilər ki, qəzaların baş verməsinə ən çox səbəb bu hissədə olan pilləkənlərin aydın görünməməsidir. Xüsusən ərazidən tez-tez istifadə etməyən sürücülər küçənin sonunda pilləkən olduğunu bilmirlər.

Onlar belə hadisələrin qarşısının alınması üçün aidiyyəti qurumlardan pilləkənin yaxınlığında önləyici tədbirlərin görülməsini təklif edirlər.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən bildirildi ki, həmin yerə baxılıb və təhlükəni aradan qaldırmaq məqsədi ilə əraziyə dirəklər basdırılacaq.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.