Siyasət

Səfirliyimizə hücumla bağlı türk generaldan şok iddia

28 Yanvar 2023 07:35
Baxış: 1 317

Azərbaycanın İrandakı səfirliyinə hücum edən terrorçu bilərəkdən oradakı xidməti avtomobili arxadan vurub. Məqsəd isə bundan içəriyə girmək üçün istifadə etmək olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri "Haber Qlobal"dakı proqramda çıxışı zamanı Türkiyə Hava Qüvvələrinin istefada olan general-polkovniki Ərdoğan Qaraquş deyib.

General səfirliyin maşını vurulduqdan sonra binanın önündəki İranın mühafizə polisinin hadisə ilə bağlı içəriyə bilərəkdən zəng etdiyini bildirib. O, bununla polisin terrorçunun binaya daxil olması üçün giriş qapısını açdırdığını vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.