Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 7 təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Milli.Az Report-a istinadən xəbər verir ki, nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 1 minik, 6 yük maşını Laçından Xankəndi istiqamətinə keçid edib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 24 avtomobil maneəsiz hərəkət edib.
Milli.Az