Siyasət

"PKK-nın İraqda varlığına son qoyulmalıdır" - Ərdoğan

10 Yanvar 2023 22:29
Baxış: 681

"PKK-nın İraqda varlığına son qoyulmalıdır".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd əl-Sudani ilə telefon danışığı zamanı deyib.

İraqın sülh, sabitlik və ərazi bütövlüyünə Türkiyə qədər önəm verdiklərini bildirən Ərdoğan PKK-nın İraq torpaqlarında varlığına son qoyulmasının milli təhlükəsizlik maraqlarına cavab verdiyini qeyd edib.

Söhbət zamanı Türkiyə-İraq əlaqələri və regional məsələlər müzakirə edilib. Ərdoğan ikitərəfli və regional əməkdaşlığın qarşıdakı dövrdə bütün sahələrdə daha da güclənəcəyinə inandığını vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.