Siyasət

Putin Ukraynada bütün cəbhəboyu atəşkəs elan etdi

5 Yanvar 2023 19:14
Baxış: 2 557

Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya 6 yanvar saat 12:00-dan 7 yanvar 24:00-dək Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiq edilməsini tapşırıb.

Milli.Az bildirir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, bu gün Moskva və bütün Rusiyanın Patriarxı Kirill Ukraynada Provaslav Milad bayramı ilə əlaqədar tərəfləri atəşkəsə çağırmışdı. 

Putin patriarxın müraciətini atəşkəs əmri üçün motivasiya kimi göstərib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.