Siyasət

Afina bunu etsə, Ankara müharibə səbəbi sayacaq

3 Yanvar 2023 07:40
Baxış: 996

Ankara ilə Dəməşq arasında 11 ildən sonra buzlar əriməyə başlayıb. Bu vəziyyət də Yunanıstanda təşviş yaradıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, yunan mediası da bu yaxınlaşmanın Yunanıstan və Cənubi Kipr üçün ciddi nəticələri olacağını yazıb.

Türkiyənin Suriyanın şimalındakı qoşunlarının bir hissəsini Egeyə yerləşdirmə ssenarisinin Afina üçün mənfi hal ola biləcəyinə diqqət çəkilib.

Yunanları narahat edən daha bir məsələ isə Türkiyənin "Siper" raketlərini sınaqdan keçirməsi olub.

Digər tərəfdən, Yunanıstanın Egeydəki qeyri-qanuni tələbləri də mediada yer alıb. Bildirilir ki, Afinanın ərazi sularını 12 milədək artıracağı ilə bağlı yayılan məlumatların beynəlxalq müstəvidə əsası yoxdur. Əgər Yunanıstan belə bir addım atarsa, Türkiyə bunu müharibə səbəbi hesab edəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.