Mİ-6 şefini İrəvana gətirən səbəb: Zəngəzur dəhlizi?..
Britaniya kəşfiyyatının şefi Riçard Murun İrəvan səfəri iki kontekstdə diqqət çəkir.
Birincisi, səfərin regional xarakter daşımasıdır: belə səfərlər bir çox hallarda məxfiliyi ilə seçilir. Bu baxımdan, Mİ-6 şefinin Bakıda da olması, yaxud İrəvandan sonra Bakıya da gələcəyi istisna deyil; iyul ayında ABŞ kəşfiyyat rəhbəri Uilyam Börns İrəvana səfər edərkən, onun Bakı və Tiflisdə də olduğu, lakin səfərin təkcə Ermənistan hakimiyyəti tərəfindən açıqlandığına dair məlumatlar var idi; Paşinyan hakimiyyəti belə məlumatlarla Rusiya qarşısında "qiymətini bahalaşdırmaq" gedişi edə bilər, Börnsün səfərindən üç gün sonra Narışkinin İrəvana uçması da bu fikri gücləndirən amillərdən idi; bu baxımdan, Mİ-6 şefinin regional səfərinin "ictimaiyyətləşdirilməsi" də buna hesablana bilər.
İkincisi, Xankəndi yolunda azərbaycanlıların Qarabağ məsələsinə, ümumilikdə regional siyasətin bundan sonrakı mənzərəsinə təsir edə biləcək aksiyasıdır: aksiyanın qızıl yataqlarına girişlə bağlı olduğu və işğaldan azad olunmuş ərazilərdəki mədənlərdə ingilis şirkətlərinin iştirakı arasında paralellik apardıqda, Murun səfərində bu amilin rol oynadığı ehtimalı yarana bilər; Ki, belə fikirlər səsləndirilir, hərçənd, regional proseslər fonunda bu, olduqca kiçik detaldır və Mİ-6 şefinin gəlişində əsas hədəf bu ola bilməz; aksiya və Murun səfəri arasında paralellik apardıqda burada önə çıxan amil Zəngəzur dəhlizidir;
- Laçın yolunda baş verənlər həm də Bakının "Zəngəzur və Laçın dəhlizi eyni rejimdə işləyəcək" hədəfində praktiki olaraq atılan ilk addım hesab edilə bilər;
- Zəngəzur dəhlizi ingilislərin də marağında olan Avrasiyanın nəqliyyat şəbəkəsində mühüm marşrutlardan biridir və iqtisadi əhəmiyyəti qədər siyasi əhəmiyyəti də var.
Murun səfərində bu məqamın əsas olduğunu demək mümkündür, lakin hadisələrin inkişafı fonunda o da istisna deyil ki, Zəngəzur dəhlizinin ruslarsız həyata keçirilməsi planı var: Bakı Laçın dəhlizində gömrük postu qurur (aksiya bunun ola bilməsi gözləntisini artırdı), Naxçıvana "maneəsiz keçid" üzərində ortaq mövqe tapılır və rusların Qarabağdan çıxmasına ingilislər dəstək verirlər.
Təbii ki, bu hadisələr üzərindən önə çıxan ehtimallardır, lakin bütün hallada Murun səfəri regionda proseslərin inkişafına ciddi təsir göstərə bilər.
Asif Nərimanlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
XƏBƏR LENTİ
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)





