Siyasət

Rusiyalı ölüm tacirini basketbolçuya dəyişdilər: Butun əvəzinə Brittni

8 Dekabr 2022 23:17
Baxış: 994

Birləşmiş Ərəb Əmirliklərinrin Əbu Dabi şəhər aeroportunda Rusiyada həbsxanaya salınmış amerikalı Brittni Qrayner ABŞ-da həbsxanada cəza çəkən Viktor Butla dəyişdirilib.

Milli.Az bildirir ki, mübadilə prosedurundan əvvəl onların ikisi də əfv olunub və bu səbəbdən doğma ölkələrində həbs cəzası çəkməyəcəklər.

Mübadilə Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə baş tutub. Danışıqlarda Rusiya prezidenti Vladimir Putin baş rolda olub. ABŞ prezidenti Co Bayden də danışıqlarda fəal iştirak edib.

ABŞ-ın ən yaxşı qadın basketbolçularından olan Brittni Qrayner ölkəsində "Feniks Merkuri"də oynayandan sonra Rusiyanın UQMK klubuna transfer olunmuşdu.

Fevralda Moskvadakı Şeremetyevo hava limanında tutulan Qraynerin çantasından veyp üçün həşiş yağı çıxmışdı.

Məhkəmə onu 9 il müddətinə azadlıqdan məhrum etmişdi.

İş adamı Viktor But isə "ölüm taciri" və "silah baronu" kimi tanınır. Onun "fəaliyyəti"nin motivləri əsasında Nikolas Keycin baş rolda oynadığı film də çəkilib.

Viktor But Əfqanıstanda "Taliban"a və rəsmi Kabula, Anqolada üsyançılara, Qərbi Afrikadakı silahlı qruplara silah satırdı.

Onun "Əl Qaeda" ilə də "əməkdaşlıq" etdiyi güman olunur.

But 2008-ci ildə ABŞ-ın tələbi ilə Taylandın paytaxtı Banqkokda, Kolumbiyadakı üsyançılara silah satmaq üçün danışıqlar aparanda tutulmuşdu.

ABŞ-a aparılan V.But 2012-ci ildə 25 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics