Siyasət

Litva rus diplomatı ölkədən qovdu

1 Dekabr 2022 21:32
Baxış: 545

Litva Rusiya səfirliyinin əməkdaşlarından birini arzuolunmaz şəxs elan edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfirliyin əməkdaşı diplomatik statusa uyğun olmayan fəaliyyətlə məşğul olmaqda ittiham edilir. Diplomatik nümayəndəliyin adı açıqlanmayan əməkdaşına beş gün ərzində Litva ərazisini tərk etmək əmri verilib.

Rusiya səfirliyi diplomatın Xarici İşlər Nazirliyinə çağırıldığını təsdiqləyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory