Siyasət

Rusiyadan “Taxıl sazişi” ilə bağlı müəmmalı AÇIQLAMA

12 Noyabr 2022 22:56
Baxış: 700

"Taxıl sazişi"nin uzadılması məsələsi hələ də həllini tapmayıb.

Bu sözləri jurnalistlərə müsahibə verən Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.

Verşininin sözlərinə görə, Qara dəniz üzrə taxıl təşəbbüsü Rusiya ilə BMT Katibliyi arasında razılaşmadan fərqli olaraq 120 gün müddətinə bağlanıb:

"Bu 120 gün noyabrın 18-də başa çatır. Qərar qəbul edərkən biz bütün halları nəzərə almalıyıq. Hər şeydən əvvəl, bu, iki yolun bir-birinə bağlılığıdır. Paketdən yalnız birini çıxarıb, digərlərini diqqətdən kənarda qoya bilmərik. Biz təbii ki, baş vermiş və baş vermək ehtimalı olan hər məqamı nəzərə almalıyıq"

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.