Siyasət

Rusiya ordusu Xersonu tərk edərkən dağıntılar törədib

10 Noyabr 2022 22:51
Baxış: 992

Rusiya Ordusu Ukraynada ələ keçirdiyi yeganə vilayət mərkəzi olan Xerson şəhərini tərk edərkən dağıntılar törədiblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, onlar teleqüllə yaxınlığında yerləşən televiziya blokunu, qazanxanaları və enerji obyeklərini partladıblar.

Məlumata görə, hazırda rabitə ilə bağlı problemlər davam edir.

Yerli sakinlər bildirir ki, ruslar Xerson İncəsənət Muzeyindəki bütün qiymətli əşyaları götürüblər.

Binada 13 minə yaxın çox qiymətli əsər olub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.