Siyasət

Putin heç vaxt belə söz deməyib, Qərb təhrif edir

5 Noyabr 2022 08:10
Baxış: 1 219

ABŞ və Britaniya kəşfiyyat agentlikləri Rusiya Prezidenti Vladimir Putinin bəyanatları ilə bağlı dezinformasiyalar yayır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş müşaviri Ceyms Rikards yazıb.

"Amerika elitası iddia edir ki, Putin Ukraynada taktiki silahdan istifadə etməklə hədələyib. Bu, yalandır. Putin bunu heç vaxt deməyib", - o bildirib.

C.Rikards qeyd edib ki, ABŞ və İngiltərədəki təbliğatçılar Rusiya liderinin kütləvi qırğın silahları ilə bağlı sözlərini təhrif etməklə "psixoloji əməliyyat"a başlayıblar. Bundan əlavə, Qərb mediası Moskvanı Ukraynada "çirkli bomba"dan istifadə etmək planlarında da ittiham edir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.