Siyasət

Belarusda Ukrayna uğrunda həlak olanların qohumları həbs olunurlar

1 Noyabr 2022 23:34
Baxış: 1 083

Belarusda Ukrayna uğrunda həlak olan könüllülərin qohumları həbs olunurlar.  

Məlum olub ki, Lukaşenkonun təhlükəsizlik qüvvələri Kastus Kalinovski adına alayın döyüşçüsü olan və Ukraynada həlak olan Vasili Parfenkovun qohumunu həbs edib.

Parfenkovun qohumu saxlanılıb və "tövbə videosu" çəkməyə məcbur edilib. Videoda o, özünü həlak olan Vasilinin qardaşı adlandırır və "ekstremist" "Telegram" kanallarına abunə olduğunu "etiraf edir".

Lisiçansk yaxınlığında ölən belaruslu könüllü Vasili Parfenkovun əmisi oğlu, bacısı və anası da artıq saxlanılıblar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.