Siyasət

İran Rusiyaya Xəzər vasitəsilə 200-dən çox PUA göndərəcək

1 Noyabr 2022 22:13
Baxış: 948

Noyabrın əvvəlində İran Rusiya Federasiyasına 200-dən çox "Şahed-136", "Mohajer-6" və "Arash-2" döyüş PUA-ları göndərməyi planlaşdırır.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.

"Məlumdur ki, PUA-lar Xəzər dənizi vasitəsilə Həştərxan limanına çatdırılacaq. Pilotsuz uçuş aparatları sökülmüş vəziyyətdə gətiriləcək. Gələcəkdə onlar Rusiya Federasiyasının ərazisində yığılacaq və Rusiya işarələri ilə yenidən rənglənəcək", - deyə idarədən bildirilib.

Hesabatda qeyd olunub ki, sentyabrın 13-də rusiyalı hərbçilər İranın kamikadze dronlarını Ukraynaya qarşı ilk dəfə istifadə etdikdən sonra Ukrayna Müdafiə Qüvvələri 300-dən çox belə PUA-nı vurub.

Bundan əlavə, İranın Rusiyaya yüksək dəqiqlikli raketlər, eləcə də gülləkeçirməz jiletlər verəcəyi barədə də məlumatlar var.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.