Siyasət

“Bu məsələ həll olunsa, Rusiya Qarabağdan çıxacaq” - Köçəryan

28 Oktyabr 2022 23:57
Baxış: 1 342

"Qarabağ məsələsinin həlli Rusiyanın regiona təsirini kəskin şəkildə azaldacaq".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu erməni siyasi ekspert Karen Köçəryan deyib.

"Rusiya üçün Qarabağ məsələsinin hansı statusda həll edilməsinin, Azərbaycanın, yoxsa Ermənistanın bir hissəsi və ya müstəqil statusunun olmasının heç bir önəmi yoxdur. Rusiyanın marağındadır ki, beynəlxalq səviyyədə tanınan heç bir həll yolu olmasın. Qərb isə məsələnin nəhayət həllinə kömək etməyə çalışır. Çünki bu halda Qərb həm də öz problemini həll etməyə çalışacaq. Əsas hədəf də Rusiyanı bölgədən çıxarmaqdır. Məsələ bu çərçivədə həll edilsə, Rusiyanın Qarabağda qalmasına ehtiyac olmayacaq.

Eyni zamanda, Ermənistan-Türkiyə münasibətləri də tənzimlənsə, Rusiyanın Ermənistandakı 102-ci bazası da lazım olmayacaq", - ekspert bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.