Siyasət

Polşa Senatı Rusiya hökumətini terrorçu rejim adlandırdı

27 Oktyabr 2022 08:00
Baxış: 486

Senat - Polşa parlamentinin yuxarı palatası bu ilin oktyabrın 26-da Ukraynadakı müharibə ilə əlaqədar Rusiya hakimiyyətini terrorçu rejim kimi tanıyan qətnaməni yekdilliklə təsdiqləyib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, 85 senatorun dəstəklədiyi (ümumilikdə Senatın 100 üzvü var, qalanları səs verməyib) qətnamədə sülh, demokratiya və insan haqları dəyərlərini paylaşan bütün dünya ölkələri oxşar qərar qəbul etməyə çağırılıb.

Sənəddə Rusiyanın 2022-ci il fevralın 24-də başlayan Ukraynaya təcavüzünün məqsədinin Ukrayna xalqını və onun suveren dövlətini məhv etmək olduğu göstərilib. Qətnamədə Rusiya hərbçilərinin mülki obyektləri bombaladığı, işğal olunmuş ərazilərdə əsir və mülki şəxslərə işgəncə verdikləri, onları qətlə yetirdikləri, azyaşlı uşaqların gələcəkdə "rejimin yeniçəri" kimi xitmət etməsi üçün Rusiyaya aparıldığı vurğulanıb.

Senatorların fikrincə, Rusiya prezidenti Vladimir Putin və onun güc aparatı Stalin və Hitler rejimlərinin qəddar təcrübələrinə qayıdıb.

"Rusiya məğlub olmalı və qonşularını təhdid etmək imkanından məhrum edilməlidir",-deyə qətnamədə bildirilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.