Siyasət

Ərdoğan hicab taxmaq hüququnun referenduma çıxarılmasını - Təklif etdi

22 Oktyabr 2022 21:48
Baxış: 1 024

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə qadınların hicab taxmaq hüququnun ölkə konstitusiyasında təsbit edilməsi məsələsinin ümumxalq səsverməsinə (referendum) çıxarılmasını təklif edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, bunu Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun müvafiq qanun layihəsini parlamentin müzakirəsinə çıxarmaq təşəbbüsünü şərh edərkən deyib.

O bildirib ki, hicab seçimi insanın şəxsi hüququdur, bu məsələ parlamentdə həll olunmursa, xalq qərar verməlidir:

"Gəlin, bu məsələni referenduma çıxaraq, qoy xalq qərar versin. Biz qadınlarımızı heç vaxt hicablı və ya örtüksüz olaraq təsnif etməmişik. Təəssüf ki, hələ də onların şüurunda bu ayrı-seçkiliyin öhdəsindən gələ bilməmişik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.