Siyasət

Avropa Parlamenti Rusiyanın terrorizmin sponsoru kimi tanıyacaq?

18 Oktyabr 2022 08:54
Baxış: 521

Avropa Parlamenti bir qrup avropalı mühafizəkar və islahatçıların Rusiyanın terrorizmin himayədarı kimi tanınması ilə bağlı müzakirələrin plenar iclasların gündəliyinə daxil edilməsi xahişini təsdiqləyib.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Polşadan olan Avropa Parlamentinin deputatı Boqdan Zontsa deyib.

Səsvermə zamanı 201 deputat qətnamənin müzakirəyə daxil edilməsini dəstəkləyib, 99-u əleyhinə, 61-i isə bitərəf qalıb.

"Biz şadıq ki, müzakirə baş tutacaq və noyabrda Rusiya ilə Aİ arasında gerçək münasibətləri təqdim etməyə imkan verəcək bu qətnaməyə səs verəcəyik", - B.Zontsa şərh edib.

Qətnamənin noyabrın 21-24-də keçiriləcək sessiyasında Avropa Parlamentində müzakirə olunaraq səsverməyə çıxarılacağı gözlənilir.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyası Rusiyadakı hakim rejimi terrorçu kimi tanıyan ilk beynəlxalq təşkilat olub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.