Siyasət

Əliyev anons verdi: Laçın dəhlizi bağlanır?

15 Oktyabr 2022 07:59
Baxış: 1 595

Əliyev Astanada Paşinyan və Putinin də iştirak etdiyi MDB iclasında 10 noyabr razılaşmasının 4-cü və 9-cu bəndi icra edilməyəcəyi təqdirdə, adekvat tədbirlər görüləcəyinin anonsunu verdi.

1. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən tamamilə çıxarılması razılaşmaya uyğun həyata keçirilməsə, anti-terror əməliyyatı keçiriləcək;

2. Milli.Az axar.az-a istinadən bildirir ki, Naxçıvana maneəsiz giriş təmin edilməsə, Laçın dəhlizi bağlanacaq: Əliyevin "Azərbaycan üçtərəfli razılaşmanın bütün müddəalarını yerinə yetirir, o cümlədən, Ermənistandan Qarabağa maneəsiz girişi təmin edir" sözləri də Zəngəzur dəhlizinə imkan verilməyəcəyi təqdirdə adekvat addımın məhz Laçın dəhlizində atılacağını deməyə əsas verir;

Bu, həm də üçtərəfli razılaşmaya imza atan Putinə də ünvanlanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.