Siyasət

Qazaxıstan buğdasının ilk partiyası Ermənistana çatdı

8 Noyabr 2025 10:10
Baxış: 327

Ermənistana 1000 ton Qazaxıstan buğdasının ilk partiyası gəlib.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistan ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan məlumat verib.

Nazir bildirib ki, tədarük Qazaxıstan-Rusiya-Azərbaycan-Gürcüstan-Ermənistan marşrutu ilə həyata keçirilib. O vurğulayıb ki, bu proses Yerevan və Bakı arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalar sayəsində mümkün olub.

Qeyd edək ki, 35 ildən sonra ilk dəfə Rusiyadan Ermənistana taxıl qatarı Azərbaycan və Gürcüstan ərazisindən keçərək çatdırılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.