Hadisə

Biləsuvarda iki maşın toqquşdu - Xəsarət alanlar var

8 Noyabr 2025 10:53
Baxış: 234
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayonun Bəydili kəndində, yolayrıcında qeydə alınıb.  Belə ki, rayonun Xırmandalı kənd sakini, 1982-ci il təvəllüdlü Elməddin Şıxverdiyevin idarə etdiyi "Mercedes"lə, Bəydili kənd sakini, 1996-cı il təvəllüdlü Mirəli Rəsulun idarə etdiyi "QAZ 24" markalı minik avtomobili toqquşub.

Qəzada xəsarət alan sürücülər bədəninin müxtəlif nahiyələrindən aldıqları qapalı travmalara görə rayon xəstəxanasında həkimlər tərəfindən  müayinə olunub.

Onların xəsarətləri yüngül olduğundan amblator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.