Azərbaycanın Zəfəri – Tarixi ədalətin bərpası
8 Noyabr tarixi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış ən şanlı günlərdən biridir.
Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.
S.Mikayılova qeyd edib ki, bu gün xalqımızın birliyi, ordumuzun qəhrəmanlığı və şəhidlərimizin müqəddəs qanı ilə yazılmış Zəfər Günüdür:
"Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən bu qələbə, torpaqlarımızın azadlığı, milli qürurumuzun bərpası deməkdir. Bu tarix yüzilliklər boyu mübarizə və əzmlə qorunan Vətən torpaqlarının azadlığı uğrunda əldə edilmiş möhtəşəm Qələbənin simvoludur. Bu Zəfər təkcə hərbi qələbə deyil, eyni zamanda milli birliyin, xalq və ordunun sarsılmaz həmrəyliyinin təntənəsidir. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman oğullarımızın canı və qanı bahasına azad edildi. Bu qələbə həm də Azərbaycanın tarixində yeni bir dövrün - quruculuq, dirçəliş və sülhün təmin olunması mərhələsinin başlanğıcı oldu".
S.Mikayılova vurğulayıb ki, Şuşanın azad edilməsi isə Zəfərin zirvəsi, Azərbaycanın mədəniyyət beşiyinin yenidən Vətənə qovuşması demək idi:
"8 Noyabrın Zəfər Günü kimi qeyd olunması hər bir azərbaycanlının qəlbində fəxarət və iftixar hissi yaradır. 44 günlük müharibə zamanı göstərilən qəhrəmanlıq, döyüş ruhu və vətən sevgisi Azərbaycan xalqının tarix boyu formalaşmış milli kimliyinin ən parlaq təzahürüdür. Qazilərimizin igidliyi, şəhidlərimizin fədakarlığı və xalqımızın birliyi bu Zəfəri mümkün etdi. Bu gün işğaldan azad edilmiş torpaqlarda yeni həyat qurulur - yollar, məktəblər, şəhərlər bərpa edilir, üçrəngli bayrağımız azad yurdlarımızda qürurla dalğalanır. Hər bir daşın, hər bir ağacın altında qəhrəmanlıq və sədaqət hekayəsi yatır".
Deputat qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin strateji düşüncəsi, diplomatik çevikliyi və hərbi-siyasi uzaqgörənliyi sayəsində Azərbaycan həm döyüş meydanında, həm də beynəlxalq arenada tarixi ədaləti bərpa etdi:
"Müharibənin hər günü, hər anı Prezident İlham Əliyevin bir dövlət başçısı kimi xalqa verdiyi mesajlarda öz əksini tapırdı. Onun çıxışları, xalqa müraciətləri xalqın ruhunu qaldırır, hər bir vətəndaşda qələbəyə inam yaradırdı. Müzəffər Ali Baş Komandan həm diplomatik cəbhədə, həm də informasiya savaşında müstəsna liderlik nümayiş etdirdi.8 Noyabr 2020-ci ildə Şuşanın azad olunması xəbəri bütün Azərbaycan xalqını sevinc göz yaşlarına qərq etdi. Bu, Prezident İlham Əliyevin illərlə ardıcıl şəkildə qurduğu güclü dövlətin, müasir ordunun və milli birliyin nəticəsi idi. Məhz onun rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, üçrəngli bayrağımız yenidən Şuşada, Xankəndidə və Qarabağın hər qarışında dalğalandı.Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu Zəfər, yalnız hərbi uğur deyil, həm də mənəvi və siyasi qələbədir. Dövlət başçısı bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı ədalətini özü təmin etməyə qadirdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Füzuli: Zəfərdən dirçəlişə uzanan yol
-
Füzuliyə həyat yenidən qayıdır - Kamaləddin Qafarov
-
Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı videoçarx yayımlanıb - (Video)
-
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırıb
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
XƏBƏR LENTİ
-
Misir Prezidenti istefa verəcəyini elan edib
-
Biləsuvarda ağır qəza - Ölənlər və yaralananlar var
-
Yəmənin strateji şəhəri husilərin mühasirəsinə düşdü
-
Ərindən sonra qızı da vəfat etdi
-
Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb - (Foto)
-
Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma
-
Sabiq futbolçu müharibədə həlak oldu
-
Dərinizdə bu əlamətlər varsa, diqqətli olun
-
Bayhan dinini dəyişib?
-
Bu yolda hərəkət məhdudlaşdırılacaq
-
Bazar günü hava necə olacaq?
-
Metrodan istifadə edənlər azalıb
-
“Azərbaycan Dəmir Yolları”ndan Xırdalan-Sumqayıt xətti ilə bağlı açıqlama
-
Futbolçu itinə görə məhkəmə qarşısına çıxacaq
-
Füzuli: Zəfərdən dirçəlişə uzanan yol
-
Pakistanda zəlzələ oldu
-
Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik: Hərəkət dəyişəcək
-
Rusiyanın itkiləri yeniləndi
-
24 yaşlı futbolçu faciəvi şəkildə öldü
-
Əraqçi İraqa səfərə gedib
-
Yaponiyada əhali təşvişə düşdü - 9,9 ballıq zəlzələ xəbərdarlığı verildi
-
Türkiyədə 77 şagird dönərdən zəhərləndi
-
Polis cinayət törətməkdə şübhəli bilinən 35 nəfəri saxladı
-
Qızıl almaq istəyənlərin nəzərinə





