Siyasət

Kiyev vilayətinə yenidən hava hücumu olub

13 Oktyabr 2022 08:54
Baxış: 954

Səhər saatlarında Ukraynanın Kiyev vilayətinə kamikadze dronları hücum edib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə vilayətin hərbi administrasiyasının başçısı Oleksiy Kuleba teleqramda yazıb.

"Kiyev vilayəti! İcmalardan birinə zərbə endirilib. İlkin məlumata görə, kamikadze dronlarının hücumudur. Xilasedicilər hadisə yerində işləyirlər", - O.Kuleba qeyd edib.

Eyni zamanda o, vilayət sakinlərini həyəcan siqnalı sona çatanadək sığınacaqda qalmağı və hava zərbələrinin endirildiyi yerlərin şəkillərini sosial şəbəkədə yaymamağa çağırıb.

Bizim Twitter səhifəmizə abunə olun

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.