Siyasət

Bakı və İrəvana təkliflər verdik: detallar isə... – Zaxarova

6 Oktyabr 2022 21:11
Baxış: 1 083

Rusiyanın sülh müqaviləsinin bağlanması ilə bağlı hərtərəfli təklifləri Ermənistan və Azərbaycana təqdim edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

"Rusiya onun müttəfiqi olan iki dövlət arasında münasibətlərin normallaşmasına, sülh müqaviləsinin hazırlanmasına hərtərəfli yardım edir. Bizim hərtərəfli təkliflərimiz İrəvana və Bakıya verilib. Artıq xəbər verdiyimiz kimi, XİN-in xüsusi nümayəndəsi İqor Xovayev bu mövzuda məsləhətləşmələr aparmaq üçün bölgəyə bir sıra səfərlər edib. Bizim rolumuzu şübhə altına almağa, hərəkətsizliyimizdən danışmağa çalışanlar mənə elə gəlir ki, arzularını reallığa çevirməyə çalışırlar", - o bildirib.

Zaxarova qeyd edib ki, Rusiya praktiki işlə məşğuldur:

"Və Rusiya bunu hansısa tarix və ya hansısa gözəl format üçün deyil, konkret nəticələri birləşdirəcək şəkildə edir. Rusiya heç bir xüsusi reklam fəaliyyəti ilə məşğul deyil, bunun altında heç nə yoxdur. Sülh müqaviləsi mövzusunun yüksək həssaslığını nəzərə alaraq, açığını desək, davam edən danışıqların təfərrüatını açıq şəkildə şərh etməyi yersiz hesab edirik. O ki qaldı Bakı və İrəvanın mövqeyinə, bu suallar daha çox, onlara ünvanlanmalıdır. Amma biz nəticəyə köklənmişik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.