Çeçenistan rəhbəri Ramzan Kadırovun qardaşı oğlu, respublika katibliyinin rəhbəri Həmzət Kadırov Donbasa səfər edib.
Bu barədə R.Kadırov Teleqram kanalında yazıb.
O bildirib ki, H.Kadırov Donetsk ərazisində çeçen döyüşçülərin yerləşdiyi postlara baş çəkib, onların məişət şəraiti ilə tanış olub:
"Onlar seçki məntəqələrini necə qoruduqlarını söylədilər".
Milli.Az