Ağ Evdən Kremlə GİZLİ MESAJ - Gərginlik artır, silahlanma yarışı başlayır
7 ay əvvəl başlayan, minlərlə insanın ölümünə və didərgin düşməsinə səbəb olan Rusiya-Ukrayna müharibəsi Kiyevin işğal edilmiş şəhərləri geri almaq üçün keçirdiyi əks-hücum əməliyyatları ilə davam edir.
Musavat.com "The Telegrapha" istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ölkəsində qismən səfərbərlik elan edib və 300 min Rusiya vətəndaşının orduya çağırılacağını açıqlayıb. Putin eyni bəyanatında nüvə silahından istifadə edə biləcəyinə işarə edib.
"Əgər ərazi bütövlüyümüz təhlükə altına düşərsə, Rusiya bütün mümkün vasitələrdən istifadə edəcək. Bu, blef deyil" deyən Putinin sözləri Avropada nüvə hücumu ilə bağlı narahatlığı daha da artırıb.
Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri Mixaylo Podolyak iddia edib ki, Rusiya təhdid etdiyi kimi Ukraynanı bombalayarsa, bu, qlobal silahlanma yarışına səbəb olacaq.
"Vladimir Putin nüvə silahı olmayan dövlətlə müharibəyə başladı. Adi müharibədə qalib gələ bilmədiyi üçün indi nüvə silahından istifadə etməklə hədələyir. Özünün dediyi kimi, bu silahlardan istifadə etsə və müharibədən bu şəkildə qurtulsa, hər bir qeyri-nüvə dövləti atom bombasına sahib olmaq istəyəcək" - Podolyak "The Telegraph"a bildirib.
Podolyak Rusiyanın Ukraynanın böyük bir hissəsini ilhaq etməsinə baxmayaraq, əks-hücumlarını davam etdirəcəklərini vurğulayıb.
Çərşənbə günü Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Rusiyaya cavab verən ABŞ prezidenti Co Bayden deyib:
"Rusiyanın təcavüzünə qarşı həmrəy olacağıq. Nöqtə".
BMT-dəki bəyanat Putinə "aydın mesaj" kimi şərh edilsə də, məlum olub ki, ABŞ lideri Ukraynada nüvə silahından istifadənin ağır nəticələri ilə bağlı aylardır Kremlə gizli xəbərdarlıqlar göndərirmiş.
"The Telegraph" qəzetində yer alan xəbərə görə, ABŞ "strateji qeyri-müəyyənlik" siyasətinin bir hissəsi olaraq nüvə hücumuna verəcəyi cavabın nə olacağını açıqlamır. Bu siyasətlə Vaşinqtonun niyyətinin Kremldə çaxnaşma yaratmaq olduğu bildirilir.
Bu yaxınlarda ABŞ prezidenti Co Bayden "CBC News"a verdiyi müsahibədə Putinə nüvə silahları ilə bağlı xəbərdarlıq edib:
"Qətiyyən, etmə! Etmə! Müharibənin simasını II Dünya müharibəsindən bəri heç bir şeyə bənzəməyəcək şəkildə dəyişəcəksən!"
Bayden Rusiyanın hücumuna cavab verəcəklərini, lakin bunun Moskvanın hərəkətlərinin miqyasından asılı olacağını vurğulayıb.
Xarici Əlaqələr Şurasının sədri Riçard Haass mövzu ilə bağlı açıqlamasında bildirib ki, ABŞ-ın Rusiyaya etdiyi xəbərdarlıqlar gizli deyil, daha aydın olmalıdır:
"Tarix göstərir ki, Putin çox ciddi təhdidlərə daha yaxşı cavab verir. Bizim xəbərdarlıqlarımız da daha inandırıcı və güclü olmalıdır".
ABŞ kəşfiyyatının məlumatına görə, Rusiyanın mümkün hücuma hazırlaşmaq üçün nüvə silahlarını hərəkətə gətirdiyinə dair hələ heç bir əlamət yoxdur. Lakin analitiklər hesab edirlər ki, Putin mövqeyinin təhlükə altında olduğunu düşünsə, bunu edə bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto-Video))
XƏBƏR LENTİ
-
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)





