Siyasət

Çavuşoğlu, Lavrov və Abdullahianın görüşü olub

22 Sentyabr 2022 08:33
Baxış: 410

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda Astana formatında XİN rəhbərlərinin Suriya üzrə görüşündə iştirak edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüş Nyu-Yorkdakı Türkiyə Evində BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçirilib.

"Biz Astana prosesinin xarici işlər nazirlərinin görüşünü keçirdik. Suriya böhranının daimi siyasi həlli üçün bütün sahələrdə diplomatik səylərimizi davam etdiririk", - deyə M.Çavuşoğlu özünün "Twitter" səhifəsindəki paylaşımında bildirib.

Görüşdə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen də iştirak edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics