Siyasət

"Azərbaycan və Ermənistan arasında münaqişələrin..."

14 Sentyabr 2022 07:45
Baxış: 1 405

Həm ABŞ dövlət katibi Entoni Blinken, həm də Birləşmiş Ştatların regiondakı müvafiq diplomatları həmsöhbətləri ilə görüşlərini davam etdirirlər.

Milli.Az "report"a istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

Prays bildirib ki, region ölkələri Azərbaycan və Ermənistan arasında münaqişələrin dayandırılmasına çalışmalıdırlar.

"Bütün ölkələr münaqişələrin dayandırılması və gərginliyin azaldılması ilə bağlı razılığa gəlmək üçün öz təsirlərindən konstruktiv istifadə etməlidirlər", - o deyib.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.