Siyasət

“Qarabağın müstəqilliyinin tanınmaq şansı yoxdur və heç vaxt da olmayıb” - Erməni deputat

8 Sentyabr 2022 10:00
Baxış: 1 924

"2020-ci il müharibəsindən sonrakı status-kvo təhlükə ilə doludur. Biz qeyri-müəyyən müddətə öldürülmək təhlükəsi altında qalmaq istəyirik, yoxsa münaqişəni həll etməliyik? Bunun üçün 30 ildir müharibə və hərbi toqquşmalar şəraitində yaşayan erməni və Azərbaycan xalqlarının yaralarını sağaltmaq, düşmənçiliyi dərinləşdirməmək lazımdır".

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki,  bu barədə Ermənistan parlamentinin "Vətəndaş müqaviləsi" fraksiyasından olan deputatı Arsen Torosyan bildirib.

"Azərbaycanlılarla uzunmüddətli ədavət salmaq bizim üçün tələ olub. Biz nifrət oyatmamalıyıq. Dövlət əvvəlki illərdə iflasa uğradı, Qarabağın müstəqilliyinə nail ola bilmədi.

Ancaq bu fikir özünü aldatmaq idi. Qarabağın müstəqilliyinin tanınmaq şansı yoxdur və heç vaxt da olmayıb", - deputat vurğulayıb.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.