Siyasət

İsrail səfiri Cəmilə Həsənzadənin vəfatı ilə bağlı başsağlığı verdi

28 Avqust 2022 21:34
Baxış: 867

İsrailin Azərbaycandakı səfiri Corc Dik "Təbrizin sehirli nağılları" kitabının müəllifi, professor Cəmilə Həsənzadənin vəfatı ilə bağlı başsağlığı verib.

Bu barədə o tvitter hesabında paylaşım edib.

Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, professor, "Təbrizin sehrli nağılları" kitabının müəllifi Cəmilə Həsənzadə ötən gün vəfat edib. Bir müddət əvvəl Corc Dikin tviter hesabında "Təbrizin sehirli nağılları" adlı kitabla paylaşdığı fotosu İran və İsrailin Bakıdakı səfirləri arasında gərginliyə səbəb olmuşdu.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.