Siyasət

Şuşaya səfər edən diplomatlar Cıdır düzündə olublar - FOTO

27 Avqust 2022 20:32
Baxış: 831

Şuşaya səfər edən Azərbaycanda rezident əsasda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Cıdır düzündə olublar.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Cıdır düzü barədə diplomatlara məlumat verib.
Bildirib ki, bu ərazidə hər zaman mədəni tədbirlər, festivallar keçirilib.

A. Kərimov deyib ki, işğal aradan qaldırıldıqdan sonra Şuşada 30 ildir keçirilməyən mədəni tədbirlər bərpa olunub, Cıdır düzündə "Xarı Bülbül" festivalı keçirilib.

Aydın Kərimov həmçinin əlavə edib ki, Azərbaycan hərbçiləri Cıdır düzündən, buradakı qayalıqlardan çıxaraq şəhərə daxil olub, onu azad ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.