Siyasət

Zelenskidən yekun KRIM QƏRARI: "Hansı yolla olursa-olsun..."

23 Avqust 2022 22:58
Baxış: 1 317

"Ukrayna 2014-cü ildə Rusiya Federasiyası tərəfindən ələ keçirilən Krımı hansı yolla geri qaytaracağına müstəqil qərar verəcək".

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Krım Platforması Sammitindən sonra çıxışı zamanı deyib.

"Biz Krımı geri qaytaracağıq, çünki bu, bizim ərazimizdir, hansı yolla olursa-olsun, dünya ölkələri ilə məsləhətləşmədən qərar veririk. Açıq hücumlara gəlincə, Ukrayna mülki obyektlərə heç bir zərbə endirmir. Biz nə etdiyimizi bilirik, hərbi obyektlərin harada olduğunu bilirik. Orada Ukrayna hərbçiləri plan üzrə işləyə bilər" - Zelenski deyib.

Onun sözlərinə görə, Ukrayna tərəfi artıq yarımadanın işğaldan azad edilməsi üçün hansısa yolu seçmir.

"Biz bu məsələyə son qoyduq... Diplomatiyada istədiyimizi göstərdik... 3 il ərzində bunu etməyə çalışdıq, amma bütün bunların nəyə gətirib çıxardığını görürsünüz. Tam miqyaslı bir işğal oldu", - prezident əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.