İndi Ukrayna ordusunun Krım körpüsünü vurmaq şansı yoxdur.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
"Nə vaxtsa ola bilər. Antonov körpüsünə hücum Krım körpüsünə hücumların perspektivini göstərir. Krım körpüsü üçün taktiki nüvə silahı gərəkdir. Effektiv zərbə vurmaq üçün. O da yoxdur. Əgər olsaydı belə, çətin ki, istifadə edə biləydik. Ona görə də Krım körpüsünü unudun", - deyə o bildirib.
Milli.Az