Siyasət

Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib

18 Avqust 2022 08:42
0 Şərh     Baxış: 496

Ukraynanın paytaxtı Kiyev şəhərində 55 ölkənin diplomatik nümayəndəlikləri fəaliyyətini bərpa ediblər.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında məlumat verib.

Çərşənbə günü (17 avqust - Red) prezident Qırğızıstan, Rumıniya, Belçika və İspaniya səfirlərinin etimadnaməsini qəbul edib.

Diplomatlarla görüşdə Zelenski diplomatik missiyaların tam hüquqlu işinin vacibliyini qeyd edib və xarici tərəfdaşları Ukraynaya dəvət edib. Eyni zamanda o bildirib ki, Kiyev onların təhlükəsizliyinə zəmanət verir.

May ayında Zelenski Ukraynada 37 səfirliyin fəaliyyətini bərpa etdiyini bildirmişdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.