Azərbaycan Xankəndini tamamilə blokadaya alır - Ermənilərə vaxt verildi
"Xankəndini Ermənistanla birləşdirən Laçın yolu yalnız dəhliz deyil, Ermənistandan Qarabağa uzanan qaz boru xətti və elektrik xətləri də buradan keçir. Başqa sözlə Azərbaycan ordusu Laçın dəhlizini nəzarətə götürməklə həm də vaxtilə qanunsuz çəkilən kommunikasiya xətlərini nəzarətə götürəcək".
Bunu Milli.Az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
O bildirib ki, ermənilərin başlarına zərbə dəydikcə daha tez qərar qəbul edirlər:
"İrəvan məhz buna görə Laçına alternativ yola keçidi uzatmaq istəyir. Ancaq qısa müdddətdə alternativ yoldan Qarabağdakı ermənilərə qaz boru xətti çəkə bilməyəcəklər. Belə bir istəkləri olsa belə bu dəfə biz buna imkan verməyəcəyik. Bunu İrəvan da anlamamış deyil.
Əslində Ermənistanın baş naziri Nikol Paşinyan alternativ yol reallığını qəbul edib. Ona görə açıqlama verdillər ki, Ermənistan tərəfdən yolun tikintisini payıza qədər bitirəcəklər. Halbuki, bir neçə gün əvvəl bəyan etmişdilər ki, yolun tikintisinə sentyabr ayından başlayacaqlar.
Paşinyan son toqquşmadan sonra başqa bir "etiraf" da səsləndirib: "Qarabağda Ermənistan hərbçisi yoxdur". Halbuki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriroqyan bir neçə gün əvvəl Paşinyanın təlimatıyla bəyan etmişdi ki, "sentyabra qədər hərbçilərimizi Qarabağdan çıxaracağıq". Demək başlarına zərbə dəydikcə daha tez tərpənirlər.
Nikol Paşinyan çarəsizdir. Dünənki açıqlamasında ibarələrlə Rusiyanı hədələyib ki, Qarabağda yerləşən rusiyalı sülhməramlıların mandatı müəyyənləşməsə beynəlxalq təşkilatlara müraciət edəcək. Beynəlxalq təşkilatlar Azərbaycanın istəyi olmadan nə edə bilərlər ki?
Müxtəlif problemlər məngənəsində sürünən BMT Qarabağa sülhməramlı göndərmək və ya rusiyalı sülhməramlıları əvəz etmək durumunda deyil. Paşinyan erməni cəmiyyətinə mesaj verir ki, rusiyalı hərbçilər Azərbaycan ordusunun Qarabağda mövqelərini möhkəmlənməsinə mane olmurlar.
Biz rusiyalı hərbçilərin "mandat" mövzusunu ona görə müzakirə etmirik ki, onların bölgədə varlığı müvəqqətidir, 3 il yarımdan sonra Qarabağı tərk etməli olacaqlar. Əsas hədəfimiz budur. Ermənilər isə qorxularından bu mövzu barədə danışmaq istəmirlər, bir-birlərindən açıq şəkildə soruşmurlar ki, "rusiyalı hərbçilər Qarabağı tərk etdikdən sonra nə edəcəyik?".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
Əli Əsədov iclas keçirir
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
XƏBƏR LENTİ
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi





