Siyasət

“Rusiya müharibənin bitməsini istəsəydi" - Zelenski

4 Avqust 2022 08:23
0 Şərh     Baxış: 980

Əgər Rusiya həqiqətən də müharibə istəməsəydi, ehtiyatlarını Ukraynanın cənubuna çəkməzdi.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.

"Rusiya həqiqətən müharibənin bitməsini istəsəydi, indi Ukraynanın cənubuna ehtiyat çəkməzdi və Ukrayna ərazisində qətlə yetirilən günahsız insanların kütləvi məzarlarını yaratmazdı", - deyə dövlət başçısı vurğulayıb.

O vurğulayıb ki, Avropa dəyərlərinə malik olan güclü dövlətlərin keçmiş liderlərinin bu dəyərlərə qarşı mübarizə aparan Rusiyaya işləməsi sadəcə iyrəncdir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.