Siyasət

Çin Pelosinin Tayvana səfəri ilə bağlı bəyanat yaydı

2 Avqust 2022 19:25
1 Şərh     Baxış: 818

Çinin Xarici İşlər Nazirliyi ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə bağlı bəyanat yayıb.

Bəyanatda səfərə kəskin etiraz və qınaq ifadə edilib, bu hadisənin "vahid Çin" prinsipini və Çin-ABŞ kommünikesinin müddəalarını ciddi şəkildə pozduğu bildirilib.

Çin XİN ABŞ-ı Tayvan kartı ilə oynamamağa çağırıb.

Qeyd edək ki, Pelosinin mətbuat ofisindən yayılan yazılı açıqlamada onun Tayvana səfərinin ABŞ-ın Çinlə bağlı siyasəti ilə ziddiyyət təşkil etmədiyini vurğulanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.