Siyasət

Avropol Ukraynadan silah qaçaqmalçılığı ilə bağlı iddiaları rədd edib

23 İyul 2022 08:04
0 Şərh     Baxış: 517

Avropa Polis Agentliyi (Avropol) Ukraynadan silah qaçaqmalçılığı ilə bağlı iddianı təsdiqləməyib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə idarənin rəsmi saytında bildirilir.

Hesabatda deyilir ki, Avropol Avropa İttifaqına silah qaçaqmalçılığı təhlükəsini azaltmaq üçün Ukrayna rəsmiləri ilə sıx əməkdaşlıq edir.

Qeyd edilir ki, keçmişdə döyüş bölgələrində odlu silahların sıəhv əllərə keçməsi təhlükəsi vardı.

Avropol xəbərdarlıq edib ki, Ukraynada odlu silah və partlayıcı maddələrin yayılması müəyyən edilmiş qaçaqmalçılıq marşrutları və ya onlayn platformalar vasitəsilə Avropa İttifaqına odlu silah və sursatların qanunsuz dövriyyəsinin artmasına səbəb ola bilər.

Xatırladaq ki, daha əvvəl Avropa Polis Agentliyinin nümayəndəsi Yap Op Qen Oort Ukraynadan silah qaçaqmalçılığı ilə bağlı məlumatların olduğunu bildirmişdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.