Siyasət

Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 30 faizdən çox artıb

6 İyul 2022 17:32
Baxış: 489

2022-ci ilin yanvar-may ayları ərzində Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 2,45 milyard dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,4 faiz çoxdur

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu AZPROMO-nun rəhbəri Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət göstərmək üçün 1 200-dən çox müraciət daxil olub.

"Bu müraciətlər KOBİA vasitəsilə qəbul edilir. Müraciətlərdən 400-ə yaxını xarici ölkələrə məxsus təşkilatlardır. Onlardan da 100-ü Türkiyə şirkətləridir. İstərdim ki, bu rəqəm daha da artsın. Ölkələrimiz arasında ticarət əlaqələri də durmadan inkişaf edir", - deyə o bildirib.

AZPROMO rəhbəri xatırladıb ki, ötən il Azərbaycanın Türkiyəyə ixracı 12 faiz artaraq 4,7 milyard dollar təşkil edib. Türkiyə şirkətləri bu vaxtadək 300-ə qədər dövlət layihələrində iştirak edib və onun həcmi 17 milyard dollara çatıb.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.