Siyasət

Rusiya sərhəddən sakinləri təxliyə edir?

5 İyul 2022 08:07
0 Şərh     Baxış: 1 104

Rusiyada özünü FHN əməkdaşları kimi təqdim edən şəxslər Belqorod vilayətinin sərhədyanı məntəqələrində yaşayan sakinlərə zəng edərək yaxın günlərdə məcburi təxliyə olunacaqları barədə məlumat veriblər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın FHN-in Regional Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, sözügedən məlumatlar həqiqəti əks etdirmir.

Qeyd edək ki, Rusiya 3 iyulda Ukraynanın Toçka-U ilə Belqoroda zərbələr endirdiyini açıqlayıb. Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov zərbə nəticəsində 4 nəfərin öldüyü, 11 çoxmərtəbəli yaşayış binasına, 40 şəxsi tikiliyə ziyan dəydiyini açıqlayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory