İraqda hazırda ciddi problemlər var, İraq terrorizmdən ən çox əziyyət çəkən bir ölkədir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İraq Nümayəndələr Şurasının sədr müavini Şahavan Abdulla Əhməd Təlabani Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında çıxışı zaman deyib.
O qeyd edib ki, terrora və ekspermizmə qarşı birgə mübarizə aparmalıyıq.
"İraq bu konfransı yüksək qiymətləndirir və üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsini dəstəkləyirik. İraq Qoşulmama Hərəkatının fəaliyyətində aktiv iştirak edir və təşkilat çərçivəsində öz öhdəlikərinə sadiqik", - deyə İraq nümayəndəsi bildirib.
Milli.Az