Siyasət

Amerikalı jurnalisti İsrail ordusu öldürüb - BMT

25 İyun 2022 08:50
1 Şərh     Baxış: 832

"Əl-Cəzirə" telekanalının jurnalisti Şirin Əbu Akleh İsrail qüvvələri tərəfindən öldürülüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı məlumat yayıb.

BMT-nin İnsan Haqları Bürosunun sözçüsü Ravina Şamdasani Cenevrədə jurnalistlərə deyib:

"Biz Əbu Aklehin ölümünə səbəb olan güllələrin İsrail təhlükəsizlik qüvvələri tərəfindən açıldığına inanırıq. İsrail hakimiyyətinin cinayət təhqiqatı aparmaması dərin narahatlıq doğurur".

BMT nümayəndəsi qeyd edib ki, İnsan Hüquqları İdarəsi insidentlə bağlı özünün müstəqil monitorinqini başa çatdırıb:

"Topladığımız bütün məlumatlar Əbu Aklehin ölümünə və onun həmkarı Əli Sammudinin yaralanmasına səbəb olan güllələrin İsrail hakimiyyət orqanlarının ilkin iddia etdiyi kimi silahlı fələstinlilərin qərəzsiz atəşə tutulması ilə deyil, İsrail təhlükəsizlik qüvvələri tərəfindən açıldığı qənaətinə uyğun gəlir.

Jurnalistlərin bilavasitə yaxınlığında silahlı fələstinlilərin fəaliyyət göstərdiyini göstərən heç bir məlumata rast gəlmədik".

Qeyd edək ki, Fələstin əsilli amerikalı televiziya jurnalisti mayın 11-də İsrail ordusunun İordan çayının qərb sahilinin şimalındakı Cenin düşərgəsində keçirdiyi əməliyyatı işıqlandırarkən öldürülüb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.