Siyasət

Türkiyədə xüsusi təhlükəli terrorçu zərərsizləşdirilib

25 İyun 2022 08:38
0 Şərh     Baxış: 930

Türkiyənin cənub-şərqində xüsusi təhlükəli terrorçu zərərsizləşdirilib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik qüvvələri "Eren Abluka" əməliyyatının 17-ci mərhələsi çərçivəsində Siirt vilayətində PKK-nın iki terrorçusunu məhv edib.

Pervari bölgəsində zərərsizləşdirilən silahlılardan birinin daha əvvəl Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilmiş "Arın" kod adlı xüsusi təhlükəli terrorçu Şükran Alp olduğu üzə çıxıb.

Əməliyyat jandarm qüvvələri tərəfindən aviasiya və PUA-ların dəstəyi ilə həyata keçirilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.