Siyasət

Türkiyənin taxıl yüklü gəmisi Mariupol limanından yola düşdü

23 İyun 2022 08:54
0 Şərh     Baxış: 1 104

Moskvada Qara dənizdə açılması planlaşdırılan taxıl dəhlizi ilə bağlı ilk görüş keçirilib. Görüşdən sonra türk gəmisi ilk xarici gəmi olaraq Mariupol limanından ayrılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Türkiyə, Ukrayna və Rusiya arasında qurulan "qırmızı xətt" diplomatiyası çərçivəsində dünən Rusiyaya səfər edən Türkiyə Milli Müdafiə Nazirliyinin hərbi heyəti ərzaq böhranının həlli, Ukrayna limanlarında gözləyən taxılla yüklənmiş ticarət gəmilərinin boşaldılması və Ukraynaya məxsus təyyarələrin təhlükəsiz daşınması kimi məsələləri müzakirə edib.

Paytaxt Moskvada "qırmızı xətt" diplomatiyası çərçivəsində təyin olunmuş türk və rus generallarının başçılıq etdiyi hərbi nümayəndə heyətlərinin görüşü "konstruktiv" hesab edilib.

Ukrayna limanlarından taxıl yüklü ticarət gəmilərinin boşaldılmasının müzakirə edildiyi görüşdə problemin həlli üçün Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında danışıqların aparılması üçün razılıq əldə olunub.

Bu kontekstdə Ukrayna və BMT tərəfi ilə görüşlərin ardınca yaxın həftələrdə Türkiyədə "dördlük" şəklində görüş gözlənilir.

Qeyd edək ki, Türkiyənin "Azov Concord" quru yük gəmisi Ukraynanın Mariupol limanını tərk edən ilk xarici gəmi olub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.