2023-cü ilin mart ayına qədər Rusiya və Belarus vətəndaşlarına Çexiyaya daxil olmaq üçün vizalar, habelə uzun müddət qalmaq üçün icazələr verilməyəcək.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə qərar Xarici İşlər Nazirliyinin təklifi ilə ölkə hökuməti tərəfindən 2022-ci il fevralın 24-də qəbul edilib.
İstisna humanitar hallar ola bilər.
Beləliklə, Çexiya Ukraynada xüsusi əməliyyatı dayandırmaq üçün Rusiya Federasiyası və Belarusun hakimiyyət orqanlarına təzyiq göstərməyə çalışır.
Milli.Az