Çexiya Rusiya və Belarus vətəndaşlarına viza verilməsini dayandırıb

23 İyun 2022 08:38

2023-cü ilin mart ayına qədər Rusiya və Belarus vətəndaşlarına Çexiyaya daxil olmaq üçün vizalar, habelə uzun müddət qalmaq üçün icazələr verilməyəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə qərar Xarici İşlər Nazirliyinin təklifi ilə ölkə hökuməti tərəfindən 2022-ci il fevralın 24-də qəbul edilib.

İstisna humanitar hallar ola bilər.

Beləliklə, Çexiya Ukraynada xüsusi əməliyyatı dayandırmaq üçün Rusiya Federasiyası və Belarusun hakimiyyət orqanlarına təzyiq göstərməyə çalışır.

Milli.Az