Siyasət

Prezident İlham Əliyev Binəli Yıldırımı qəbul edib - VİDEO - FOTO

16 İyun 2022 14:32
Baxış: 785

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımı qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.

Binəli Yıldırım Qlobal Bakı Forumuna dəvətə görə təşəkkürünü bildirdi, bu tədbirin yüksək səviyyədə keçirilməsi münasibətilə təbriklərini çatdırdı. Qonaq Forumun dünya miqyasında ən mühüm tədbirlərdən biri olduğunu bildirdi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Forum iştirakçılarına müraciətini çatdırdığını məmnunluqla qeyd etdi.

Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə ötən gün Şuşada beynəlxalq konfransının keçirilməsinin önəmini vurğulayan Binəli Yıldırım həmin tədbirdə də vacib müzakirələrin aparıldığını dedi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Binəli Yıldırım dövlətimizin başçısına xatirə hədiyyəsini təqdim edərək bildirdi ki, bu, İstanbulu fəth edən Fateh Sultan Mehmedin qılıncının eynisidir və Qarabağın fatehi Prezident İlham Əliyevə hədiyyə olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.