Siyasət

Kanada Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

16 İyun 2022 08:22
0 Şərh     Baxış: 369

Kanada Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb.

Yeni paket məsafəni və dəqiqliyi qorumaq üçün dəyişdirilə bilən artilleriya lülələrini əhatə edəcək.

Kanadanın müdafiə naziri Anita Anand bildirib ki, növbəti paketin dəyəri təxminən 9 milyon Kanada dollarıdır.

"Biz Ukraynaya suverenliyin və təhlükəsizliyin qorunması üçün lazım olan hərtərəfli hərbi yardımın göstərilməsi üçün gecə-gündüz işləməyə davam edəcəyik", - nazir deyib.

Xatırladaq ki, bu gün Brüsseldə Ukraynaya hərbi dəstək mövzusunda "Ramşteyn" formatında görüş olub.

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 1 milyard dollarlıq yeni hərbi yardım paketinin verildiyini açıqlayıb. Almaniya Ukraynanı üç Mars MLRS, Slovakiya - Mi-17 helikopterləri, Polşa və Niderland isə artilleriya ilə təmin edəcəyinə söz verib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.